Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq
ABŞ-nin Texas ştatının Hyuston şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq. "Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə səyyar konsulluq xidməti cari ilin 27 dekabr tarixində baş tutacaq. Xidmət ABŞ-nin Texas ştatında və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Səfirlik sözügedən səyyar konsulluq xidmətindən yararlanmaq istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələrini xahiş edir. Eyni zamanda, bildirilir ki, səyyar konsulluq zamanı müraciət etmək istədiyiniz xidmət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində əldə edilə bilər: www.washington.mfa.gov.az Əlaqə üçün: • Telefon: +1 (202) 556-9391 • Elektron poçt: [email protected]
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk













