İran Kiprə nota verib
Kipr səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə çağırılıb.
"Far.Az" İran KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.
Bildirilib ki, İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib.
"Səfirə Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz hissəsi və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyinin şübhə doğurmadığı bildirilib. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, ölkə bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirir", - İran XİN-in bəyanatında qeyd edilib.
Həmçinin, Kipr hakimiyyəti yol verilən səhvi dərhal düzəltməyə və gələcəkdə bu cür addımlardan çəkinməyə çağırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













