Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir
Far.Az xəbər saytı

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir


Türkiyənin paytaxtı Ankarada Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.

"Report"un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.

Forumun məqsədi sözügedən ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini təşviq edəcək.

Bununla yanaşı, forumda Türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər