Vaşinqton razılaşmalarının icrası üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü keçirilib
Far.Az xəbər saytı

Vaşinqton razılaşmalarının icrası üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü keçirilib


8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü baş tutub.

"Far.Az" "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin müavininin köməkçisi Sonata Koulter iki ölkə arasında fəal inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.

Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması işində əhəmiyyətli dəstəyini vurğulayıb və Ermənistanın 8 avqust 2025-ci il tarixində imzalanan anlaşma memorandumlarının icrasında maraqlı olduğunu təsdiqləyib. Görüşdə TRIPP layihəsi çərçivəsində gələcək addımlar, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa toxunulub.

Tərəflər əldə edilən razılaşmalar üzrə əhəmiyyətli irəliləyişi qeyd ediblər və məqsədlərin qısa müddətdə həyata keçirilməsi üçün müzakirələri davam etdirməyi qərara alıblar.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
TRIPP iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir – RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər