Avropa Komissiyası Gürcüstanla viza rejiminin ləğvini nəzərdən keçirir
Far.Az xəbər saytı

Avropa Komissiyası Gürcüstanla viza rejiminin ləğvini nəzərdən keçirir


Rəsmi Tbilisi Avropa İttifaqının (Aİ) tövsiyələrinə məhəl qoymasa, Avropa Komissiyası (AK) Gürcüstanla vizasız rejimi ləğv edə bilər.

"Report"un məlumatına görə, bu, AK-nın 19 dekabrda vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində dərc olunmuş səkkizinci hesabatında əksini tapıb.

Qeyd olunub ki, birinci mərhələdə Gürcüstan hakimiyyəti tərəfindən verilmiş diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejim dayandırılacaq, çünki tövsiyələrin yerinə yetirilməməsinə görə əsas məsuliyyəti onlar daşıyır.

"İkinci mərhələdə əgər gürcü hakimiyyəti aşkar edilmiş problemləri aradan qaldırmasa, vizasız rejimin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə Gürcüstan vizasız ölkə statusunu tamamilə itirə bilər", - sənəddə qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər