Tramp ABŞ-nin 6G-də lider olması üçün tədbirlər görülməsi barədə memorandum imzalayıb
ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasına 6G şəbəkələrinin inkişafında ölkənin liderliyini təmin etmək üçün bir sıra tədbirlər görməyi tapşıran memorandum imzalayıb.
"Report"un məlumatına görə, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
Sənədə əsasən, ABŞ-nin federal hakimiyyət orqanları öz rabitə sistemlərini 7,125-7,4 QHs diapazonlu tezliklərdən köçürməlidirlər ki, həmin tezliklər 6G provayderlərinin tam kommersiya istifadəsi üçün boşaldılsın. Qurumlar belə bir keçid planlarını 12 ay ərzində təqdim etməlidirlər. Həmçinin sənəddə 6G-nin kommersiya məqsədli istifadəsi üçün daha çox tezliyin boşaldılması imkanını araşdırmaq məqsədilə 2,69-2,9 QHs və 4,4-4,94 QHs diapazonlarının öyrənilməsi zərurəti qeyd olunub.
Memorandumda bildirilib ki, spektrlərin yenidən bölüşdürülməsi ABŞ şirkətlərinə və onların tərəfdaşlarına 6G şəbəkələrinin inkişafını planlaşdırarkən hansı tezliklərin əlçatan olacağını anlamağa imkan verəcək.
Bundan başqa, ABŞ Dövlət katibinə və administrasiyanın digər üzvlərinə diplomatik təmaslar vasitəsilə 6G sahəsində Amerikanın liderliyini təşviq etmək tapşırılıb.
Oxşar xəbərlər
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













