Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirilib
Far.Az xəbər saytı

Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirilib


"Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru" kitabın ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə layihəsi olan kitabın təqdimatı Bakı Kitab Mərkəzində baş tutub.

Təqdimatda elm və təhsil ictimaiyyəti nümayəndələri, paytaxtın ali məktəb tələbələri iştirak ediblər.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək yeni kitabın əhəmiyyətindən danışıb.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov xüsusi vurğulayıb ki, Şanlı Qələbənin əldə olunması və sonrakı illərdə ölkədə həyata keçirilən böyük işlərin ölkə başçısı İlham Əliyevin dahi intellekti, müdrik sərkərdəlik qabiliyyəti və sarsılmaz iradəsi sayəsində mümkün olub.

A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükurov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr edilən və artıq 11 dilə tərcümə edilən ilk kitabın davamı olaraq çap edilən 2-ci kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm tarixi hadisələrə həsr edilib.

Təqdimat mərasimində gənc fəal Eldar Əzizov, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC tələbəsi Davud Şeydayev və digərləri çıxışlarında bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar. Xaricdə təhsil alan Azərbaycanlı tələbələr adından çıxış edən gənc fəal Eldar Əzizov vurğulayıb ki, biz ölkə hüdüdlarından kənarda təhsil alan gənclər öz Prezidentimiz, cənab İlham Əliyevin bizə dəstəyini hər zaman hiss edir və onun dahiliyini indi daha yaxından başa düşürük. Biz Prezidentimizlə fəxr edirik və xaricdəki təhsilimizə yaratdığı şəraitə görə ona dərin minnətdarlığımızı bildiririk.

Hər iki nəşr müxtəlif xarici olkələrə, Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki ingilis və rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər