Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır
Far.Az xəbər saytı

Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır


Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarında yüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT Forumu ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxslərin azadlığa buraxılmasına dair çağırışını pisləyən Açıq Məktubla çıxış edib.

"Far.Az"un məlumatına görə, açıq məktubda Lemkin İnstitutunun ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləri təxribat kimi dəyərləndirilir.

Qeyd olunub ki, Lyusi Mirzoyan kimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yer aldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarını ifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışır.

İfşa xarakterli Açıq Məktubda xüsusi vurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin öz ailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruz qalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır. Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassız mövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxsləri azad etməyə çağırması ilk növbədə təşkilatın elan etdiyi missiyaya xəyanətdir.

Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətli davranmağa, Azərbaycan ictimaiyyətə üzr istəməyə dəvət edib.

Lemkin İnstitutu Açıq Məktubda göstərilən faktlara cavab verməyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər