Pezeşkian büdcə layihəsini parlamentə təqdim edib
Far.Az xəbər saytı

Pezeşkian büdcə layihəsini parlamentə təqdim edib


İran Prezidenti Məsud Pezeşkian dekabrın 23-də növbəti maliyyə ili üçün büdcə layihəsini parlamentə təqdim edib.

"Far.Az" "ISNA"ya istinadən xəbər verir ki, milli valyutadan dörd sıfırın silinməsindən sonra İran büdcə layihəsini ilk dəfə "yeni rial" əsasında təqdim edib.

Bu qərarın təsdiqlənəcəyi təqdirdə ölkənin maliyyə sənədlərində həddən artıq böyük rəqəmlərin və mürəkkəb hesablamaların istifadəsinə son qoyulacağı gözlənilir.

Növbəti ilin büdcə layihəsi yeni pul vahidinə uyğun olaraq hazırlanıb, bütün gəlir və xərc maddələri, dövlət qurumlarına ayırmalar və əsas büdcə cədvəlləri qanunverici orqana yenilənmiş rəqəmsal formatda təqdim edilib.

Parlamentarilər hökumətin təklif etdiyi büdcə layihəsini təsdiqlədiyi təqdirdə qanun qüvvəyə minməzdən əvvəl ratifikasiya üçün Konstitusiya Şurasına göndəriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Yeni - 2026-cı ili Shamakhi Palace Sharadil-də qarşılayın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər