Türkiyədə qəzaya uğrayan Liviyaya məxsus təyyarənin qara qutusu tapılıb
Far.Az xəbər saytı

Türkiyədə qəzaya uğrayan Liviyaya məxsus təyyarənin qara qutusu tapılıb


Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" təyyarəsinin qara qutusu tapılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb.

"Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək", - Türkiyə DİN başçısı vurğulayıb.

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.

Oxşar xəbərlər

Liviyanın Baş Qərargah rəisi olduğu təyyarə qəzaya düşüb, qalıqlar aşkarlanıb - YENİLƏNİB-2
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Türkiyədən ölkəsinə qayıdan Liviyanın Baş Qərargah rəisi təyyarə qəsasında həlak olub
Türkiyədə radarlardan itən təyyarədə Liviya Baş Qərargah rəisi ilə yanaşı 4 sərnişin olub - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər