Türkiyədə radarlardan itən təyyarədə Liviya Baş Qərargah rəisi ilə yanaşı 4 sərnişin olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Türkiyədə radarlardan itən təyyarədə Liviya Baş Qərargah rəisi ilə yanaşı 4 sərnişin olub - YENİLƏNİB


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə ilə bağlı açıqlama verib.

Bu barədə "Far.Az" "HaberGlobal"a istinadən xəbər verir.

"Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.

Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.

"Far.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

"HaberGlobal" hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər