Ankarada "Qardaşlığımız əbədidir" adlı konsert proqramı keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə konsert proqramı təşkil olunub.
"Far.Az"un Türkiyədə bürosunun verdiyi məlumata görə, Ankaradakı səfirliyin nəzdində olan Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Şuşa Azərbaycan Evi və Hacı Bayram Vəli Universitetinin dəstəyi ilə keçirilən tədbir Hacı Bayram Vəli Universitetində baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov həmrəyliyin təkcə milli məna daşımadığını, eyni zamanda bütün Türk dünyasının birliyinə töhfə verən güclü amil olduğunu qeyd edib. O, Azərbaycanın zəngim mədəniyyəti və incəsənətinin Türkiyədə tanıdılması istiqamətində görülən işlər barədə danışıb.
Tədbirdə çıxış edən Hacı Bayram Vəli Universitetinin prorektoru Metin Orbay Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini deyərək, universitet olaraq bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnunluq duyduğunu bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixinə və mahiyyətinə toxunub.
Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi Fidan Hüseynova xalq mahnılarını ifa ediblər.
"Azərbaycan Rüzgarı" Muğam Poeziya Qrupu və "Zəngəzur" Azərbaycan Xalq Rəqsləri Ansamblının səhnə çıxışları maraqla qarşılanıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













