Ərdoğan liviyalı həmkarına Baş Qərargah rəisinin ölümü ilə bağlı başsağlığı verib
Far.Az xəbər saytı

Ərdoğan liviyalı həmkarına Baş Qərargah rəisinin ölümü ilə bağlı başsağlığı verib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, R.T. Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın həlak olduğu qəza ilə bağlı Mənfiyə başsağlığı verib, hadisə yerində araşdırmanın fasiləsiz davam etdiyini onun diqqətinə çatdırıb.

Ərdoğan bildirib ki, iki ölkə arasındakı əlaqələr güclüdür və Türkiyə Liviyaya dəstək verməyə davam edəcək.

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Türkiyədən ölkəsinə qayıdan Liviyanın Baş Qərargah rəisi təyyarə qəsasında həlak olub
Təyyarə qəzasında həlak olan liviyalı hərbçilərin adları açıqlanıb - YENİLƏNİB
Liviyanın Baş Qərargah rəisi olduğu təyyarə qəzaya düşüb, qalıqlar aşkarlanıb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər