Rusiyanın Xarkova hücumu nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb
Far.Az xəbər saytı

Rusiyanın Xarkova hücumu nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb


Rusiya Silahlı Qüvvələrinin son 24 saat ərzində Xarkov vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Far.Az"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"Dörd yanğın söndürüblər. Hadisə yerlərində pirotexniklər, tibb işçiləri və xilasedicilər işləyiblər. Axşam saatlarında Xarkova atəş nəticəsində Şevçenko rayonunda bir obyekt yanıb, bir nəfər xəsarət alıb", - məlumatda qeyd edilib.

Qeyd edilib ki, daha bir yanğın zərbə dronunun anbar binasına düşməsindən sonra baş verib. Yanğın tez bir zamanda söndürülüb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər