Səfir: Azərbaycan hökumətinin Efiopiyanın Bakıda səfirlik açması xahişi hökumətimizə çatdırılıb
Azərbaycan Efiopiya üçün çox vacib bir ölkədir və gələcəkdə Bakıda səfirlik açmaq barədə düşünülə bilər.
Bunu "Far.Az"un Türkiyə bürosuna müsahibəsində İqamətgahı Ankara yerləşən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud deyib.
O qeyd edib ki, yeni səfirlik açmaq üçün əhəmiyyətli maliyyə və inzibati resurslar tələb olunur:
"Hazırda Ankarada altı ölkəyə - Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Gürcüstan və Bolqarıstana cavabdehəm. Azərbaycan hökuməti rəsmi olaraq Efiopiyadan Bakıda səfirlik açmağı xahiş edib. Bu xahiş hökumətimizə çatdırılıb və təsdiq verildikdən sonra bu məsələdə irəliləyiş gözləyirik".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Efiopiya səfiri: Azərbaycanın Afrika ilə əməkdaşlığı gücləndirməyə verdiyi prioritet müdrik bir qərardır - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür













