Kobaxidze: USAID vəsaitləri Gürcüstanda zərərli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib
USAID vəsaitləri Gürcüstanda zərərli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, USAID barədə illərdir səsləndirdikləri fikirlərin tam həqiqət olduğunu diqqətə çatdırıb:
"Bu vəsaitlər Gürcüstanda ölkəyə zərər verən, olduqca ciddi və problemli fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunurdu. Hakimiyyət uzun müddətdir ki, USAID tərəfindən ayrılan vəsaitlərin ölkənin maraqlarına zidd layihələrə yönəldildiyini bildirirdi və bu mövqe indi rəsmi şəkildə təsdiqlənir. Həmin bəyanatlarımız müxtəlif vaxtlarda "Rusiyayönlü açıqlamalar" kimi təqdim olunurdu. Lakin bu gün eyni fikirlər həmin layihələri maliyyələşdirən ölkənin rəsmi nümayəndəsi tərəfindən səsləndirilir. Bu da hər şeyin ictimaiyyət üçün aydın olmasına imkan yaradır".
Baş nazir qeyd edib ki, ABŞ Dövlət Katibi Marko Rubionun açıqlamaları Gürcüstan hökumətinin mövqeyini tam təsdiqləyir:
"Rubio bildirib: Biz USAID-i bağladıq və beynəlxalq yardımı Dövlət Departamentinin nəzarəti altına verdik ki, bu vəsaitlərin hara yönəldildiyini dəqiq bilək".
Kobaxidzenin sözlərinə görə, bu qərar USAID vəsaitlərindən istifadənin şəffaflığı ilə bağlı uzun müddətdir səsləndirilən narahatlıqların əsaslı olduğunu göstərir.
Oxşar xəbərlər
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













