Ukrayna Rusiya mallarının idxalına qadağanı bir il uzadıb
Far.Az xəbər saytı

Ukrayna Rusiya mallarının idxalına qadağanı bir il uzadıb


Ukrayna Nazirlər Kabineti Rusiyadan ölkəyə malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

"Far.Az" xəbər verir ki, bununla bağlı qərar Ukrayna hökumətinin saytında dərc olunub.

Qərara əsasən, Rusiyanın bəzi mallarının idxalına qoyulan qadağanın müddəti 31 dekabr 2026-cı ilədək uzadılıb. Digər qərara görə isə eyni tarixədək Rusiyadan gətirilən məhsullara tətbiq olunan rüsumlar qüvvədə qalacaq.

Xatırladaq ki, hər iki qərar 30 dekabr 2015-ci ildə qəbul olunub və o vaxtdan dəfələrlə uzadılıb.

Qadağan olunmuş idxal məhsulları sırasında xüsusilə ət, balıq, qəhvə, çay, şokolad və digər şirniyyat məmulatları, uşaq qidaları, heyvan yemi, spirtli içkilər və siqaretlər yer alır. Qadağa həmçinin bir sıra sənaye məhsullarına, nəqliyyat vasitələrinə, gübrələrə və kənd təsərrüfatı məhsullarına da şamil olunur.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər