Ukrayna uran yataqları ilə bağlı məlumatların məxfiliyini ləğv edə bilər
Far.Az xəbər saytı

Ukrayna uran yataqları ilə bağlı məlumatların məxfiliyini ləğv edə bilər


Ukrayna hakimiyyəti ABŞ-la yerin təkindən istifadə müqaviləsi çərçivəsində ölkənin uran yataqları haqqında məlumatı məxfilikdən çıxara bilər.

"Far.Az"un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Hasilat Sənayesi Milli Assosiasiyasının direktoru Kseniya Orınçak məlumat verib.

O xatırladıb ki, hökumət mineralların əsas qrupları: almaz, qızıl, litium, niobium, tantal, titan, sirkonium, skandium, platin, iridium, osmium və palladiumla bağlı məlumatları açıqlayıb. Qallium, indium, kadmium, renium, rubidium, selenium, tallium, tellur və seziumla bağlı ayrıca qərar qəbul edilib:

"Hazırda ehtiyatları gizli qalan yeganə mineral ehtiyat uran və uran filizləridir. İqtisadiyyat Nazirliyinin himayəsi ilə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənəcək Təhlükəli Faydalı Qazıntılar üzrə Strategiya hazırlanır.

Assosiasiyamız İqtisadiyyat Nazirliyi, Dövlət Geologiya Xidməti və analitik mərkəzlərlə işləyir. Strategiya layihəsi 2026-2030-cu illərdə kəşfiyyat, hasilat və hazır məhsula emalı stimullaşdıracaq. Strategiyanın hazırda müzakirə olunan tədbirlərindən biri uran məlumatlarının məxfiliyin ləğvi variantıdır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər