Tramp: Zelenski ilə görüşdə mühüm irəliləyiş əldə olunub
Far.Az xəbər saytı

Tramp: Zelenski ilə görüşdə mühüm irəliləyiş əldə olunub


ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları uğurlu adlandırıb və mühüm irəliləyiş əldə olunduğunu bəyan edib.

"Report"un xəbərinə görə, Ağ Ev rəhbəri mətbuat konfransında Avropa liderləri ilə danışıqları dəyərləndirərkən tərəflərin sülh sazişinə xeyli yaxınlaşdığını bildirib.

Zelenski isə öz növbəsində qeyd edib ki, onlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin 90%-dən çoxu barədə razılığa gəliblər və daha ətraflı məlumat əldə olunub. O əlavə edib ki, yanvarda Vaşinqtonda ABŞ, Ukrayna və Avropa ölkələri arasında görüş keçirilə bilər.

"20 bənddən ibarət plan 90% razılaşdırılıb, ABŞ-dan təhlükəsizlik zəmanəti 100%, ABŞ və Avropadan təminat 90%, hərbi aspekt 100%, Ukraynanın iqtisadiyyatının bərpası planı yekunlaşmaq üzrədir", - deyə Zelenski bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti ukraynalı həmkarı ilə danışıqları uğurlu adlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər