Pentaqon: ABŞ Sakit okeanda narkokartel gəmisinə zərbə endirib
Far.Az xəbər saytı

Pentaqon: ABŞ Sakit okeanda narkokartel gəmisinə zərbə endirib


ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində, beynəlxalq sularda narkokartel üzvləri tərəfindən istifadə edilən gəmiyə zərbə endirib.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat təsdiq edib ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət edib və narkotrafik üçün istifadə olunub", - deyə paylaşımda qeyd olunub. Məlumatda həmçinin zərbə nəticəsində iki nəfərin öldüyünün təsdiqləndiyi bildirilib.

Komandanlıq qeyd edib ki, "Cənub nizəsi" (Southern Spear) əməliyyatının Birləşmiş Əməliyyat Qrupu zərbəni dekabrın 29-da müharibə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər