Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycan XİN İsveçrəyə başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.

"Far.Az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabından paylaşım edilib:

"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.

Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.

Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq".

Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bayramdan sonra Bakı: Səssiz küçələrin danışan mənzərəsi - FOTOREPORTAJ
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
İsveçrədə kurortda partlayış olub, ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər