Azərbaycanda meyvə şirəsi istehsalı 2,5 %-ə yaxın artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyon 003,2 min dekalitr meyvə şirəsi istehsal edilib.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 160 min 581,9 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 1,8 % azdır.
Dekabrın 1-nə ölkədə 616,5 min dekalitr meyvə şirəsi ehtiyatı, 26 min 626,9 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 2,9 % az və 6,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













