Ərdoğan: Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir
Far.Az xəbər saytı

Ərdoğan: Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir


Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 2025-ci il üzrə ixrac göstəricilərinin hesabat tədbirində deyib.

Onun sözlərinə görə, artıq dörd ildir davam edən müharibədə yüz minlərlə insan ölüb, yaralanıb və evsiz-eşiksiz qalıb.

"Həmçinin bu müharibə artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb. Əlbəttə, biz bunun qarşısının alınması üçün lazımi tədbirlər görməkdəyik. Türkiyə bu savaşın ədalətli sülhlə başa çatmasını istəyir və bu yolun açılması üçün bütün məsuliyyəti üzərinə götürməyə hazırdır".

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər