Dövlət Gömrük Komitəsində yeni rəis TƏYİNATI
Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti polkovniki Həmidli Vüqar Sabir oğlu təyin olunub.
O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayıb. Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş inspektoru, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və protokol bölməsinin rəisi, idarənin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi, Beynəlxalq müqavilələrlə iş şöbəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifələrində xidmət edib.
Qeyd edək ki, bundan əvvəl həmin idarənin rəisi gömrük xidməti polkovniki Dilavər Fərzəliyev idi.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













