Ermənistanda dəyəri 400 min dollardan artıq olan avadanlıqları satan hərbçinin məhkəməsi başlayıb
Ermənistanda təxminən 160 milyon dram (415 min dollar) məbləğində 37 gecə görmə cihazının qanunsuz satışında ittiham olunan zabitin məhkəmə prosesi başlayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Cinayət işi hərbi polisin müraciəti əsasında açılıb. İstintaqın məlumatına görə, iki hərbi hissədə rəhbər vəzifələri tutan zabit 2024-ci ildə avadanlıqları oğurlayıb və onları İrəvan sakininə bazar qiymətindən təxminən on dəfə aşağı - birini 50-450 min drama satıb. Cinayəti gizlətmək üçün o, avadanlıqların hərbi hissələrin balansından təhvil verilməsi və silinməsi haqqında saxta aktlar tərtib edib.
Hərbçi həbs edilib, gecə görüşü avadanlıqlarını alan şəxsə də ittiham irəli sürülüb. Cinayət işinin materialları Korrupsiyaya Qarşı Mübarizə məhkəməsinə göndərilib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi vətəndaşları gecə görmə avadanlıqları barədə məlumatları onlara bəyan etməyə çağırıb.
Oxşar xəbərlər
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













