Çin biznesi Bakıda öz məhsullarını təqdim edir
Bu gün “Baku Expo Center”də III Beynəlxalq Azərbaycan Çin Şirkətləri Ticarət Sərgisi işə başlayıb.
“Far.Az” xəbər verir ki, sentyabrın 19-na qədər davam edəcək sərgidə müxtəlif məhsullar - istehlak malları, məişət texnikası, avtomobil hissələri, habelə təmir-tikinti alətləri və materialları istehsah edən 70-dən çox Çin şirkəti iştirak edir.
Sərginin əsas məqsədi çinli sahibkarların Azərbaycan bazarına çıxışına şərait yaratmaqdır.
Açılış mərasimində çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edir, iki ölkənin şirkətləri arasında işgüzar qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi üçün əlverişli platforma yaradır.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov isə qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Çin arasındakı möhkəm əlaqələrin göstəricisidir.
"Sərgi çərçivəsində biznes strukturlarının ikitərəfli görüşlərində şirkətlər arasında müqavilələrin bağlanacağına ümid edirik", - deyə o qeyd edib.
Foto: Ehtiram Cəbiyev
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













