Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb
Far.Az xəbər saytı

Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb


Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb.

"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid qurumun Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, ötən iclasda komissiyanın tərkibi formalaşsa da, daha bir neçə üzv Komissiyaya daxil edilib:

"Prezident İlham Əliyev AMEA-nın 80-illik yığıncağında Azərbaycan dili barədə önəmli fikirlər səsləndirdi. Dil daşıyıcıları olaraq bu mesajlar bizim üçün də önəmlidir. Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb.

Komissiyanın tərkibinin ilkin siyahısından sonra tərkib yenidən genişləndirilib. Belə ki, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı komissiyanın sədri, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli isə sədrin müavini olub. Komissiyanın katibliyinə Nadir Yalçın seçilib.

Həmçinin teleaparıcı Nərgiz Xəlilova, Vüsalə Məmmədova və Rasim Heydərov komissiyanın tərkibinə daxil edilib".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər