Türkiyədə daha bir neçə tanınmış şəxs narkotikə görə saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə daha bir neçə tanınmış şəxs narkotikə görə saxlanılıb


Türkiyənin İstanbul şəhərində keçirilən narkotik əməliyyatında bir neçə tanınmış şəxs saxlanılıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan tədqiqat daha da dərinləşdirilib.

Belə ki, narkotik və fahişəliyə təşviqlə bağlı keçirilən əməliyyatda Ceren Alper, Selen Görgüzel, Ayşe Sağlam və Nilüfer Batur Tokgöz kimi tanınmış şəxslər saxlanılıblar.

"Cumhuriyet" qəzeti isə saxlanılanlar arasında məşhur aktyor Can Yamanın da olduğunu yazıb.

Qeyd edək ki, daha əvvəl Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb, bəziləri haqqında axtarış qərarı verilib.

Oxşar xəbərlər

Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər