Gürcüstanın ərazi sularında Panama bayrağı altnda üzən tanker saxlanılıb
Far.Az xəbər saytı

Gürcüstanın ərazi sularında Panama bayrağı altnda üzən tanker saxlanılıb


Gürcüstanın ərazi sularında Panama bayrağı altında üzən tanker naviqasiya qaydalarını pozduğuna görə saxlanılıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ölkənin ərazi sularında naviqasiya qaydalarını pozduğuna görə Panama bayrağı altında üzən "CAMINERO" tankerini saxlayıblar.

Sərhəd Polisinin yaydığı məlumata görə, araşdırma nəticəsində Türkiyə vətəndaşı olan gəmi kapitanı barəsində Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinin "e" yarımbəndinə əsasən inzibati icraat başlanılıb.

Bildirilib ki, kapitan dövlət büdcəsi xeyrinə 15 min lari məbləğində cərimələnib. Cərimə ödənildikdən sonra tankerə sərbəst üzməsinə icazə verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Parlament mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər