Quterreş İranda etirazçılara qarşı zor tətbiqindən sarsıldığını bəyan edib
BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, İranda etirazçılara qarşı zorakılıqla bağlı xəbərlər onu sarsıdıb.
"Far.Az"un məlumatına görə, müvafiq açıqlama baş katibin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Son günlərdə insanların ölümünə və yaralanmasına səbəb olan zorakılıq və İran hakimiyyəti tərəfindən etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlər məni sarsıdıb. Fikir ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı tam şəkildə qorunmalı və təmin edilməlidir", – deyə açıqlamada bildirilib.
Quterreş həmçinin İran hakimiyyətini maksimum təmkin göstərməyə və lazımsız, yaxud qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb. O, əhalinin informasiyaya çıxışını təmin etmək üçün, o cümlədən rabitənin bərpası istiqamətində tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranda etirazlar 28 dekabrda milli valyutanın qəfil dəyərdən düşməsindən sonra başlayıb və o vaxtdan ölkənin ən azı 46 şəhərini əhatə edib. Mövcud məlumata görə, onlarla insan, o cümlədən azı beş uşaq həlak olub, çoxları isə yaralanıb. 8 yanvar axşamı respublikada internet və mobil rabitə kəsilib ki, bu da zorakılığın artması fonunda informasiyaya çıxışı ciddi şəkildə məhdudlaşdırıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













