FES rəhbəri ABŞ Ədliyyə Nazirliyinin ona qarşı cinayət ittihamları irəli sürməyə hazırlaşdığını bəyan edib
ABŞ Federal Ehtiyat Sisteminin (FES, mərkəzi bank funksiyalarını yerinə yetirir) rəhbəri Cerom Pauell ABŞ Ədliyyə Nazirliyinin ona qarşı cinayət ittihamı irəli sürməyə hazırlaşdığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə FES-nin saytında yerləşdirilən bəyanatda deyilir.
"Cümə günü, yanvarın 9-da Ədliyyə Nazirliyi ötən ilin iyununda Senatın bank komitəsində verdiyim ifadələrlə bağlı cinayət ittihamı ilə hədələyərək FES-yə böyük münsiflər heyətinin çağırış vərəqələrini təqdim edib", - mətndə qeyd olunur.
Tənzimləyici qurumun rəhbəri izah edib ki, onun ifadələri FES-nin bina kompleksinin yenidən qurulması layihəsi ilə bağlı olub. Pauellin sözlərinə görə, bu görünməmiş hərəkət ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən gələn təhdid və təzyiqlərin daha geniş kontekstində nəzərdən keçirilməli olduğunu sübut edir.
Pauell, eyni zamanda, əminliyini bildirib ki, onun ifadələri istintaq aparmaq üçün yalnız bir bəhanədir, əsl səbəb isə FES-nin faiz dərəcəsini prezidentin üstünlüklərinə görə deyil, əhalinin xeyrinə olacaq şəxsi qiymətləndirmələri əsasında müəyyən etməsidir. Pauell FES rəhbəri kimi vəzifəsinin icrasına davam etmək niyyətində olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Tramp FES-nin hazırkı rəhbərinə qarşı məhkəmə iddiası qaldırmaq imkanını nəzərdən keçirdiyini qeyd etmişdi. Trampın açıqlamalarından belə məlum olurdu ki, FES-nin Vaşinqtondakı mənzil-qərargahının əsaslı təmiri planları və Ağ Evin əsassız olaraq şişirdilmiş adlandırdığı smeta xərcləri belə bir iddia üçün əsas ola bilər. ABŞ administrasiyasının rəhbərinin sözlərinə görə, söhbət "ciddi səriştəsizlik" səbəbindən veriləcək iddiadan gedir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













