Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib


Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Həniflə görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

“Far.Az” xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“İqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Hənif Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsini müzakirə edib”, – nazirliyin mətbuat xidməti diqqətə çatdırıb.

Qurumun məlumatında qeyd olunub ki, hər iki tərəf iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsi üçün Əfqanıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb
Şahin Mustafayev Özbəkistanda Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb
Azərbaycan ilə Belarus arasında birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə edilib
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər