Paşinyan: TRIPP layihəsinin reallaşdırılmasında mühüm addım atıldı, hamımızı təbrik edirəm
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi məsələsində tərəflər Ermənistan və ABŞ-ni tam şəkildə qane edən formul hazırlaya biliblər.
"Far.Az" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sənədin layihənin həyata keçirilmə qaydası ilə bağlı müddəalarını şərh edərkən bildirib.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi (XİN) TRIPP layihəsinin həyata keçirilmə qaydasını müəyyən edən sənəd dərc edib. Sənəd Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim edilib.
N.Paşinyanın sözlərinə görə, Bakı tərəfindən sənədə rəsmi reaksiya hələ olmayıb, lakin o hesab edir ki, təklif olunan formul Azərbaycan tərəfinin maraqları ilə tam şəkildə həmahəngdir.
Baş nazir, həmçinin "Tramp marşrutu"nun həyata keçirilməsinin regionda uzunmüddətli sülhə yol açdığına əminliyini ifadə edib.
"Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir", - o qeyd edib.
N.Paşinyan vurğulayıb ki, layihənin irəliləməsində ABŞ Prezidenti Donald Trampın şəxsi marağı həlledici rol oynayıb.
Baş nazir qeyd edib ki, Ermənistan Avropa İttifaqının "Tramp marşrutu"na cəlb olunmasında maraqlıdır:
"Ötən gün Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün institutlaşdırılması və TRIPP layihəsinin praktiki baxımdan reallaşdırılması yolunda daha bir mühüm addım atıldı. Bu münasibətlə hamımızı təbrik edirəm. Aydındır ki, indi bizim regiona böyük investisiyalar və böyük vəsaitlər yönləndiriləcək. Bu, yaxşı xəbərdir".
N.Paşinyanın sözlərinə görə, ABŞ-nin layihədə iştirakı artıq müəyyənləşdirilib: "Avropa İttifaqından olan tərəfdaşlar ilə Aİ-nin cəlb ediləməsi formatını və konkret layihələri ətraflı şəkildə müzakirə etmək lazımdır. Biz bunda maraqlıyıq".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













