İrakli Kobaxidze: Avropaya inteqrasiya Gürcüstanın əsas strateji hədəfidir
Far.Az xəbər saytı

İrakli Kobaxidze: Avropaya inteqrasiya Gürcüstanın əsas strateji hədəfidir


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Davamlı İnkişaf Həftəsi çərçivəsində keçirilən "Orta Dəhliz – Avropa və Asiyanı Enerji Vasitəsilə Birləşdirən" panel müzakirəsində Avropaya inteqrasiyanın Gürcüstanın siyasi gündəliyinin ayrılmaz hissəsi olduğunu bəyan edib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, Baş nazir Avropa İttifaqının tamhüquqlu üzvü olacaqlarını və bu məqsədə çatmaq üçün Assosiasiya Sazişi və onun müddəalarına tam əməl olunacağının göstərildiyini vurğulayıb.

"Biz Assosiasiya Sazişini və Gündəliyini izləyəcəyik, müddəalara qətiyyətlə əməl edəcəyik. Bu baxımdan davamlı islahatlar həyata keçiriləcək", – deyə İ.Kobaxidze əlavə edib.

Onun sözlərinə görə, Avropaya inteqrasiya Gürcüstanın uzunmüddətli siyasi və iqtisadi prioritetlərini gücləndirən əsas strateji hədəfdir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər