Ordubadda Şəhidlər Xiyabanı abadlaşdırılacaq, bəzi tarixi obyektlər bərpa olunacaq
Ordubad rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat tədbiri keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı da əsas götürülməklə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin tarixilik və müasirlik prinsiplərini özündə birləşdirən Baş Planının hazırlanması istiqamətində mühüm addımlar atılıb.
Bildirilib ki, dövlət proqramına uyğun olaraq rayonun bir sıra avtomobil yollarında əsaslı təmir işləri aparılıb. 2025-ci ildə Ordubad şəhərindəki XVII əsr abidəsi olan Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin XVIII əsrə aid olan Sərşəhər məscidinin və Ordubad mədrəsəsinin bərpası ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Ordubad şəhərində layihə-smeta sənədləri yekunlaşan Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubad şəhərinin mərkəzindəki Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub













