Orta Dəhliz boyunca yerləşən ölkələr limanların rəqəmsallaşdırılmasını planlaşdırırlar - EKSKLÜZİV
Belçikanın "Camco Technology" şirkəti Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstanla limanlarda konteyner əməliyyatlarının avtomatlaşdırılması layihələri ilə bağlı danışıqlar aparır.
Bunu "Report"a şirkətin nümayəndəsi Verner Peeters deyib.
Onun sözlərinə görə, danışıqlar erkən mərhələdədir, lakin artıq "Camco Technology" həllərinin Azərbaycanın Hövsan limanında tətbiqi imkanı nəzərdən keçirilir: "Sabah biz bu limanı səfər etməyi planlaşdırırıq. Terminalların rəqəmsallaşdırılması gələcəyin zərurətidir".
V.Piters həmçinin qeyd edib ki, gələn il Orta Dəhliz ölkələri ilə müqavilələr imzalana bilər: "Biz fəal şəkildə sərgilərdə və tədbirlərdə iştirak edirik ki, hələ regionda tətbiq olunmayan həllərimizi təbliğ edək".
O vurğulayıb ki, şirkətin proqram təminatı bütün iştirakçılar üçün konteyner daşımaları proseslərini əhəmiyyətli dərəcədə sadələşdirir.
Xatırladaq ki, 2024-cü ilin ilk yeddi ayında Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63 % çoxdur. Bu ilin sonuna 4,2 milyon tona çatacağı proqnozlaşdırılır. 2023-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 65 % artaraq 2,7 milyon ton təşkil edib.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













