"Qaçqınkom" video paylaşaraq müraciətlərinə baxılmadığını iddia edən şəxsə cavab verib
Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyev sosial şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmadığını bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev Orxan Məhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb.
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq.
Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib.
Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













