Azərbaycan Efiopiyadan qərənfil tədarük etməyə başlayıb
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 72 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 146,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 76 % çox) 2,46 milyon ədəd (+68 %), Çindən 22,82 min ABŞ dolları dəyərində 214 min ədəd (1 il əvvəl tədarük olmayıb), Kolumbiyadan 10,14 min ABŞ dolları dəyərində (-13 %) 22,12 min ədəd (-4 %), Ekvadordan 4,12 min ABŞ dolları dəyərində (-73 %) 15,15 min ədəd (-78 %), Niderlanddan 2,44 min ABŞ dolları dəyərində (+37 %) 2,44 min ədəd (-24 %) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (0,62 min ABŞ dolları dəyərində 0,82 min ədəd) həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













