Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə ediblər
Far.Az xəbər saytı

Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə ediblər


Ermənistan və Almaniya TRIPP layihəsinin həyata keçirilməsi ilə açılan regional imkanları müzakirə ediblər.

"Far.Az"un Ermənistan mediasına istinadən məlumatına görə, müzakirə Berlində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Nikolas Vaqnerin sədrliyi ilə iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində baş tutub.

Kostyan Vaqneri sülh müqaviləsinin, 8 avqust 2025-ci il tarixli Vaşinqton sazişlərinin paraflanması çərçivəsində Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi proqramları, o cümlədən TRIPP ("Tramp Marşrutu") çərçivəsində regional əlaqələrin perspektivləri barədə məlumatlandırıb.

Tərəflər həmçinin ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında bəyannamədə göstərilən sahələrdə Berlin və İrəvan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər