Erməni Apostol Kilsəsi məhkəməyə verilib
Far.Az xəbər saytı

Erməni Apostol Kilsəsi məhkəməyə verilib


Masyatsotn yeparxiyasının başçısı Gevorq Saroyan Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, Masyatsotn yeparxiyasının başçısı vəzifəsindən azad edilməsinin etibarsız sayılması və vəzifəsinə bərpa edilməsini tələb edir.

Ərizə yanvarın 15-də Armavir vilayətinin birinci instansiya məhkəməsinə təqdim edilib və hakim Edqar Ovannisyan tərəfindən imzalanıb.

Xatırladaq ki, bütün ermənilərin katolikosu Patriarx II Qareginin fərmanı ilə Gevorq Saroyan Masyatsotn yeparxiyasının başçısı vəzifəsindən uzaqlaşdırılıb. Bunun səbəbləri arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməmə, həmçinin ruhanilərə təzyiq göstərilməsi yer alıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər