İranda saxlanıldığı deyilən Qəzənfər Abbasov: "Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar"
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Qəzənfər Abbasov bildirib ki, o, səhhəti ilə bağlı İrana gedib:
"Məni aeroportda bir saat və saatyarım saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni, başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər".
*** 10:10
Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
Far.Az Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q. Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
Müğənni Güllünün qatili olduğu deyilən qızı: "Qatil olsaydım məni buraxardılar?"
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür













