Əfqanıstandan Tacikistana gələn terrorçular zərərsizləşdirilib
Far.Az xəbər saytı

Əfqanıstandan Tacikistana gələn terrorçular zərərsizləşdirilib


Əfqanıstanla sərhəddən Tacikistana qanunsuz daxil olan dörd silahlı terrorçu zərərsizləşdirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) Sərhəd Qoşunlarının mətbuat mərkəzinin "Xovar" agentliyinin saytında dərc edilən bəyanatında deyilir.

Məlumata görə, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyalətindən Tacikistanın Xatlon vilayətinin ərazisinə qanunsuz daxil olub. Məlumatda qeyd edilib ki, terrorçular sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və silahlı müqavimət göstəriblər.

"Döyüş əməliyyatları zamanı dörd terrorçu məhv edilib", - bəyanatda qeyd edilir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər