Afaq Bəşirqızı uzun müddət sonra qayıdır
Far.Az xəbər saytı

Afaq Bəşirqızı uzun müddət sonra qayıdır


Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində çıxış edəcək.

Far.Az "axşam.az"a istinadən xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq.

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılaela görüşəcək. Yazıçı-dramaturq Əli Əmirlinin "Yeddi məhbusə anası" pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.

Oxşar xəbərlər

Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər