Cəlilabadda qar yağışı nəqliyyatın hərəkətində problemlər yaradıb
Far.Az xəbər saytı

Cəlilabadda qar yağışı nəqliyyatın hərəkətində problemlər yaradıb


Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, qar yağışı nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravar, Kövuzbulaqdan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları tərəfindən qar örtüyündən təmizlənir.

Qeyd edək ki, Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir. Hazırda qarın hündürlüyü sözügedən kəndlərdə 15 sm-ə, dağlarda isə 20 sm-ə çatır.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər