İlham Əliyev: Avqustda sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra razılaşdırılmasıdır
Far.Az xəbər saytı

İlham Əliyev: Avqustda sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra razılaşdırılmasıdır


Azərbaycanla Ermənistan arasında sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra imzalanmasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.

O qeyd edib ki, bu tarixi nailiyyət idi və bununla da üç onillikdən artıq davam edən müharibə və qan tökülməsinə son qoyuldu:

"Bu isə onu göstərir ki, hər iki tərəfdən güclü siyasi iradə və sülhə sadiqlik olduğu halda, nisbətən qısa zaman ərzində barışıq əldə etmək mümkündür. Bu sənəd artıq praktik nəticələrə çevrilməkdədir. Biz təkcə beş-altı aydır ki, sülh şəraitində yaşayırıq və bu vəziyyətdən faydalanırıq. Nə Ermənistan, nə də Azərbaycan müstəqil dövlətlər kimi indiyədək sülh şəraitində yaşamayıb. 1991-ci ildə müstəqillik qazandığımız zaman artıq hərbi qarşıdurma mövcud idi. Lakin bu gün sülhün dividendləri əməkdaşlığın başlanmasında öz əksini tapır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər