Rəşad Məcid: Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur
Far.Az xəbər saytı

Rəşad Məcid: Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur


Son zamanlar Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur.

"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, son zamanlar Mətbuat Şurasına olunan müraciətlərin əksəriyyəti bir sıra yeni saytlarda yayılan saxta xəbərlərlə bağlıdır:

"Müraciətlərə baxılır və məlum olur ki, istər televiziyada, istərsə də sosial mediada yayılan saxta xəbərlər cəmiyyətin informasiya təhlükəsizliyi baxımından olduqca risklidir. Azərbaycanın uğurlarına qarşı aparılan qarayaxma kampaniyaları buna nümunə ola bilər. Bütün bunlar dövlət və xalqlar arasında münasibətlərə də təsirsiz ötüşmür".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər