Penzada neft anbarına PUA hücumu nəticəsində yanğın baş verib
Far.Az xəbər saytı

Penzada neft anbarına PUA hücumu nəticəsində yanğın baş verib


Penza şəhərindəki neft bazasında PUA hücumu nəticəsində yanğın baş verib, ölən və xəsarət alan yoxdur.

"Far.Az"un məlumatına görə, bu barədə Rusiya Federasiyasının Penza vilayətinin qubernatoru Oleq Melniçenko öz "Telegram" kanalında məlumat verib.

"Səhər saat 4 radələrində (Bakı vaxtı ilə 05:00) PUA hücumu nəticəsində Penza neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Hadisə yerində yanğınsöndürən qüvvələr işləyir – 46 əməkdaş və 14 texnika cəlb olunub. Sizə hadisələrin gedişi barədə əlavə məlumat verəcəyəm", – deyə Melniçenko yazıb.

O həmçinin pilotsuz uçuş aparatlarının tətbiqinə dair foto və video materialların yayılmasına görə məsuliyyət daşıdığını xatırladıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Şabranda çay yatağı "zibil poliqonu"na çevrilib, icra hakimiyyəti cərimələrin tətbiqinə hazırlaşır
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər