Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili ilə görüşüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Gürcüstanda müstəqil və şəffaf ədliyyə sisteminin qurulmasında vəkil peşəsinin əhəmiyyətini xüsusi qeyd edib.

Səfir Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hüquq sahəsində də uğurla davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O hər iki ölkənin müvafiq hüquq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, birgə təşəbbüslərin həyata keçirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Faiq Quliyev bu istiqamətdə əlaqələndirmə və əməkdaşlıq prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Öz növbəsində, İrakli Kandaşvili Azərbaycan və Gürcüstanın vəkil və hüquqşünas birlikləri arasında əməkdaşlığın vacib olduğunu qeyd edib. O bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin icrasına və institusional əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan səfiri Gürcüstanın Vəkillər Kollegiyasının sədri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər