Qazaxıstan XİN başçısı: İsrail Prezidentinin Astanaya səfərinə hazırlıq gedir
Far.Az xəbər saytı

Qazaxıstan XİN başçısı: İsrail Prezidentinin Astanaya səfərinə hazırlıq gedir


Qazaxıstan və İsrail Prezident İsxak Hersoqun Astanaya səfərinin təşkili məsələsini müzakirə edir.

"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Yermek Koşerbayev Astanada İsrailin xarici işlər naziri Gideon Saarla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, israilli nazirin səfəri tərəflərin Qazaxıstan-İsrail münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

Y.Koşerbayev qeyd edib ki, Qazaxıstan və İsraili davamlı ticari-iqtisadi əlaqələr, elm, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə fəal əməkdaşlıq birləşdirir.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İsrail rəhbərliyi ilə iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafına töhfə verən sistemli və məzmunlu siyasi dialoqa xüsusi önəm verir", - nazir deyib.

Y.Koşerbayev vurğulayıb ki, Gideon Saarla danışıqlar ənənəvi dostluq və qarşılıqlı etimad mühitində keçib. Görüş zamanı ikitərəfli ticarətin həcminin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər