AKBA MMX ilə Anlaşma Memorandumu imzalayıb
Far.Az xəbər saytı

AKBA MMX ilə Anlaşma Memorandumu imzalayıb


"Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyi Maliyyə Monitorinqi Xidməti (MMX) ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

"Report" Assosiasiyaya istinadən xəbər verir ki, sənədin əsas məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlığı inkişaf etdirmək, müvafiq sahələr üzrə institusional və davamlı birgə fəaliyyət qurmaqdır.

Memorandum çərçivəsində yeni texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların tətbiqi, kibercinayətkarlıqla mübarizə sahəsində operativ və səmərəli məlumat mübadiləsinin təmin olunması nəzərdə tutulur. Tərəflər qarşılıqlı əməkdaşlıq vasitəsilə maliyyə sektorunda şəffaflığın artırılmasına, risklərin azaldılmasına və qabaqlayıcı mexanizmlərin gücləndirilməsinə töhfə verməyi hədəfləyirlər.

Memorandum eyni zamanda bilik və təcrübə mübadiləsinin təşviq olunmasını, birgə təşəbbüs və layihələrin həyata keçirilməsini də əhatə edir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər